25 noyabr 2024. Bazar ertəsi

Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirində bürünc medal qazanıb


  • Offside
  • 18:00 29.10.2018
  • Oxunma sayı: 786
Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirində bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.

Corner.az  Report-a istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan 25 yaşlı idmançı son təsəlliverici görüşdə yerli cüdoçu Toma Serciunu ipponla məğlub edib. Bu, Mehdiyevin Böyük Dəbilqə turnirlərində ilk medalıdır. 

Qeyd edək ki, Azərbaycanın digər təmsilçilərindən qadın cüdoçu İrina Kindzerska (+78 kq) da bürünc medal uğrunda görüşə çıxacaq. O, çinli Yan Vanqla üz-üzə gələcək. Elmar Qasımov (100 kq) isə qızıl medal uğrunda israilli Piter Palçiklə üz-üzə gələcək. 






Offside