13 dekabr 2025. Şənbə

DÇ: Azərbaycan təmsilçisi 16-cı oldu


  • Offside
  • 13:32 27.03.2022
  • Oxunma sayı: 117
DÇ: Azərbaycan təmsilçisi 16-cı oldu
Azərbaycanın fiqurlu konkisürmə üzrə milli komandası Fransanın Monpelye şəhərindəki dünya çempionatında çıxışını başa vurub. Corner.az xəbər verir ki, milli komanda üzvlərindən Vladimir Litvintsev martın 26-da sərbəst proqram üzrə son çıxışını edib. O, öz qrupunda 233.62 xal toplayaraq 16-cı yerdə qərarlaşıb. Bundan öncəki qısa proqramda isə Litvintsev 13-cü yerə sahib olmuşdu.
 
Azərbaycanı dünya çempionatında 4 fiqurlu konkisürən – Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovski təmsil edib. Ryabova ilk qısa proqramda 9-cu yeri tutub. Sərbəst proqramda o, 10-cu olsa da, ümumi xal hesabında 9-cu yerlə kifayətlənib.
 
Kolosovski və Kuznetsova isə müvafiq xalları toplaya bilmədikləri üçün mərhələni keçə bilməyiblər.
 
Dünya çempionatına bu gün yekun vurulacaq.






Offside