- Offside
- 22:48 26.11.2024
Karate üzrə 21 yaşadək qadınlardan və böyüklərdən ibarət Azərbaycan millisinin 3 üzvü Slovakiyanın paytaxtı Bratislavadaki 42-ci Qran-pridə bürünc medal qazanıb.
Federasiyanın Mətbuat Xidmətindən Corner.az-a verilən məlumata görə, Xumar Əlibəyova (50 kq) 21 yaşadək qadınlarda və böyüklər arasında, İlahə Qasımova (55 kq) isə böyüklərin yarışında bürünc medala sahib olub.
Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı İrina Zaretska (68 kq) bürünc medal görüşündə qələbəni əldən verib.
Qeyd edək ki, Azərbaycan millisi yarışda 10 idmançı ilə təmsil olunub.