Ukraynanın “Krivbas” klubunun keçmiş futbolçusu Volodimir Kolesnik Rusiyaya qarşı müharibədə həlak olub. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kolesnik Avdeyevkadakı döyüşlərdə ağır yaralanıb. O, Dneprdəki xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyib.
Daha əvvəl “Qostomel” klubundan Dmitri Martinenko, “Karpatı”dan (Lvov) Vitali Sapilo və “Sluç” klubunun futbolçusu Boqdan Semençuk müharibədə həlak olub.
Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücum edib və bu hücum dünyada kəskin etirazlarla qarşılanıb. Bu hücumdan sonra Rusiyaya və onun müttəfiqi olan Belarusa qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanılıb. Sözügedən ölkələr müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.