27 noyabr 2024. Çərşənbə

Türkiyə liqasının oyununda dava düşdü, 18 nəfər qırmızı vərəqə aldı


  • Offside
  • 11:31 28.03.2022
  • Oxunma sayı: 124
Türkiyə liqasının oyununda dava düşdü, 18 nəfər qırmızı vərəqə aldı

Türkiyənin regional həvəskar liqasında (BAL) keçirilən "Fırat Üniversitesi GSK" - "Bismil 1936 Gençlik ve Spor" oyununda kütləvi dava düşüb.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, 88-ci dəqiqədə futbolçular arasında münaqişə davaya çevrilib.

Hadisə meydan sahibləri 4:1 hesabı ilə öndə olarkən başlayıb. İnsidentə təhlükəsizlik əməkdaşları bibər qazı ilə müdaxilə edib. Baş hakim Elazığ təmsilçisindən 6 futbolçu, bir idarəçi, "Bismil 1936 Gençlik ve Spor" klubundan isə 10 futbolçu və bir idarəçiyə qırmızı vərəqə göstərib.

Türkiyə Futbol Federasiyası yarımçıq qalmış görüşlə bağlı qərar verəcək.







Offside