31 oktyabr 2024. Cümə axşamı

Daha bir beynəlxalq idman qurumundan Rusiya və Belarusa cəza


  • Offside
  • 11:58 29.03.2022
  • Oxunma sayı: 118
Daha bir beynəlxalq idman qurumundan Rusiya və Belarusa cəza
Beynəlxalq Biatlon İttifaqı (İBU) Rusiyanın quruma üzvlüyünü dayandırıb. Corner.az xəbər verir ki, bu barədə İBU-nun rəsmi saytı məlumat yayıb. İcraiyyə Şurası yekdilliklə Rusiya ilə bağlı qərar çıxarıb.
 
Rusiya Biatlon İttifaqı ilə yanaşı, Belarusun yerli təşkilatına da eyni cəza verilib.
 

Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücum edib və bu hücum dünyada kəskin etirazlarla qarşılanıb. Bu hücumdan sonra Rusiyaya və onun müttəfiqi olan Belarusa qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanılıb. Sözügedən ölkələr müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.








Offside