27 noyabr 2024. Çərşənbə

Ukraynalı tanınmış futbolçuya daha bir zərbə


  • Offside
  • 18:55 30.03.2022
  • Oxunma sayı: 117
Ukraynalı tanınmış futbolçuya daha bir zərbə

Ukrayna millisinin sabiq futbolçusu Anatoli Timoşuk Lutsk şəhərinin fəxri vətəndaşı titulundan məhrum edilib.

Corner.az-ın məlumatına görə, bu barədə şəhər rəhbərliyinin yaydığı bəyanatda bildirilib.

Bildirilir ki, ölkəsi Rusiyanın hərbi müdaxiləsindən əziyyət çəkdiyi vaxtda veteran yarımmüdafiəçi bununla bağlı ictimaiyyətə heç bir açıqlama verməyib: "O, işğalçı ölkənin "Zenit" klubu ilə əməkdaşlığını da dayandırmayıb. Timoşuk bu cür şüurlu seçimi ilə düşmənlərə işləməyə davam edir".

Xatırladaq ki, Anatoli Timoşuk hazırda "Zenit"də köməkçi məşqçi kimi fəaliyyət göstərir.







Offside