27 noyabr 2024. Çərşənbə

Şəhriyar Məmmədyarov yarımfinalda heç-heçə etdi


  • Offside
  • 21:41 30.03.2022
  • Oxunma sayı: 140
Şəhriyar Məmmədyarov yarımfinalda heç-heçə etdi
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FİDE qran-prisinın 3-cü mərhələsində ilk yarımfinal görüşünü keçirib. Corner.az xəbər verir ki, 37 yaşlı qrossmeyster ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib.
 
Qara fiqurlarla oynayan Məmmədyarov 30-cu gedişdə "sülh"ə razılaşıb. Cavab qarşılaşması martın 31-də baş tutacaq.
 
Əsasnaməyə görə, yarımfinal mərhələsi iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
 
Qran-prinin 3-cü mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.






Offside