31 oktyabr 2024. Cümə axşamı

AÇ: Güləşçilərimizdən daha 3 medal


  • Offside
  • 22:05 30.03.2022
  • Oxunma sayı: 131
AÇ: Güləşçilərimizdən daha 3 medal
Macarıstanda təşkil olunan güləş üzrə Avropa çempionatı davam edir. Corner.az xəbər verir ki, yarışın üçüncü günündə qadınların mübarizəsinə start verilib. Medallar uğrunda 2 təmsilçimiz çıxış edir. Bundan əlavə, kişilərin yarışında Abubakr Abakarov qızıl, Turan Bayramovla Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. 
 
Qadınlar
 
50 kq
Türkan Nəsirova təsnifat mərhələsində macarıstanlı Şimonetta Şekerlə qarşılaşıb və 3:2 hesablı qələbə sayəsində 1/8 finala yüksəlib. Onun növbəti rəqibi Bolqarıstan təmsilçisi Miglena Selişka olub. Türkan bu dəfə 0:10 hesabı ilə uduzub. Rəqib finala yüksəldiyi üçün Nəsirova 3-cü yeri tutmaq şansı əldə edib. Həmyerlimiz sabah bürünc medal uğrunda polşalı Anna Lukasyakla güləşəcək.
 
59 kq
A qrupunda yer alan Alyona Kolesnikin ilk rəqibi türkiyəli Elif Yanık olub. O, çempionata 8:3 hesablı qələbə ilə start verib. Kolesnik növbəti sınağında Almaniya güləşçisi Elene Heyke Bruggeri  məğlub edib  - 8:4. İdmançımız qrup lideri kimi yarımfinala yüksəlib. O, bu mərhələdə Yovita Vjesenlə (Polşa) üz-üzə gəlib. Finalın 1 addımlığında polşalı rəqibinə 1:3 hesabıyla məğlub olan təmsilçimiz bürünc medal üçün yenidən Brüggerlə mübarizə aparacaq.
 
Qeyd edək ki, medal görüşləri martın 31-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
Kişilər
Bürünc medal uğrunda görüş
 
74 kq
Turan Bayramov Zurab Kaprayevlə (Rumıniya) qarşılaşıb. Bayramovun ilk hissədə etdiyi uğurlu fənd həlledici olub. Rəqibinə 2:1 hesabıyla qalib gələn Turan Avropa çempionatının bürünc medalına sahib çıxıb. 
 
92 kq
Osman Nurməhəmmədov Damian İqlesias Vilela (İspaniya) ilə üz-üzə gəlib. Rəqibini cəmi 1 dəqiqə 30 saniyəyə tam üstünlüklə (11:0) məğlub edən Nurməhəmmədov Avropa üçüncüsü olub.
 
Final
 
86 kq
Abubakr Abakarov Maylz Nazem Amine (San Marino) ilə görüşüb. Rəqibinə 5:0 hesabıyla uduzan güləşçimiz gümüş medalla kifaytlənib.
 
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb.






Offside