- Offside
- 22:55 30.10.2024
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev vəzifəsindən ayrılıb.
Corner.az xəbər verir ki, məşhur idman jurnalisti bu barədə özü açıqlama yayıb:
"Başqa işə keçməyimlə əlaqədar sabah Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi kimi sonuncu iş günümü keçirəcəyəm. Amma "CBC Sport"da fəaliyyətim davam edəcək deyə, idman jurnalisti olaraq bu qrupda (İdman Jurnalistləri red) qalmaqdan şərəf duyuram. AzVİF-in mətbuat katibi işlərini isə müvəqqəti olaraq, MSN mətbuat xidməti aparacaq".
Qeyd edək ki, Pərviz Musayev 2013-cü ildən AVİF-in mətbuat xidmətində çalışırdı.