FİFA-da növbəti prezident seçkilərinin vaxtı açıqlanıb. Corner.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Seçkilər 2023-cü ildə ali futbol qurumunun 73-cü Konqresində keçiriləcək. Seçki dövrü bu il martın 31-də başlayacaq. FİFA-ya üzv olan milli assosiasiyalar qurumun prezidenti vəzifəsinə öz namizədlərini Konqresə dörd ay qalmışadək təklif etməlidirlər. Seçki prosesi isə Konqresdən bir ay əvvəl start götürəcək.
FİFA-nın hazırkı prezidenti Canni İnfantinodur.