Azərbaycan Gənclər və İdman Nazirliyi bir müddət öncə yeni loqosunu təqdim etmişdi. Loqo sosial şəbəkədə və mətbuatda ciddi narazılığa səbəb olmuşdu. Corner.az xəbər verir ki, idman naziri Fərid Qayıbov nazirliyin bu gün keçirilən iclasında loqo ilə bağlı tənqidlərə münasibət bildirib:
“Feysbuk”da yeni loqo ilə bağlı yazılan şərhləri mən də görmüşəm, bəziləri əsassızdır. Yeni loqonu bəyənə də bilərlər, bəyənməyə də. Bu, zövq məsələsidir. Bu sahədən anlayışı olan insan elə şərhlər yazmaz”.