İngiltərə millisinin sabiq futbolçusu, MLS liqasında çıxış edən “İnter Mayami”nin sahibi Devid Bekhemin evi qarət edilib. Corner.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Məlumatda, hadisənin fevralın 28-də, Londonda baş verdiyi bildirilib.
Bekhem və ailəsi evdə olarkən oğru girib. Oğru binanın yataq otaqlarından birinə daxil olub və bir neçə min funt-sterlinq dəyərində qızıl-zinət əşyaları, paltar və məişət texnikası oğurlayaraq evdən qaçıb.