DÇ-2022-nin final mərhələsinə vəsiqə uğrunda həlledici oyunlardan biri Varşavada Polşa və İsveç milli komandaları arasında keçirilib. Corner.az xəbər verir ki, Polşa millisinin qələbəsi ilə başa çatan oyunu (2:0) yayımlayan Rusiyanın “Маtç” ТV kanalının şərhçisi Anton Anisimov canlı efirdə reportajı bu sözlərlə sonlandırıb:
“Öz adımdan deyirəm, yəni sözlərimin təmsil etdiyim TV-yə aidiyyatı yoxdur. Polşa yığması və Levandovski (Polşa millisinin və Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski), sizə Qətərdə keçiriləcək mundialında böyük uğursuzluq, rüsvayçılıq arzulayıram.Uşaqlar, sizə dırnaqarası uğurlar arzulayıram. Siz yaramaz məxluqlarsız”.