31 oktyabr 2024. Cümə axşamı

Manolova finalda, Nəsirova və Kolesnik 5-ci oldu


  • Offside
  • 23:07 31.03.2022
  • Oxunma sayı: 114
Manolova finalda, Nəsirova və Kolesnik 5-ci oldu
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatı davam edir. Corner.az xəbər verir ki, bu gün Azərbaycanın daha bir idmançısı mübarizəyə başlayıb.
 
Yarışın 4-cü günündə Elis Manolova (65 kq) mübarizəyə qoşulub. B qrupunda yer alan təmsilçimiz ilk görüşdə Avropa ikincisi Tatyana Rijkoya (Ukrayna) məğlub olub - 0:7. Elis qrupda sonuncu görüşünü estoniyalı Viktoriya Essoya qarşı keçirib və rəqibinə 6:3 hesabıyla qalib gəlib. Qrupda ikinci yeri tutan Manolova yarımfinala yüksəlib. Millimizin üzvü finala vəsiqə uğrunda 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi Krişta İnçe (Rumıniya) ilə qarşılaşıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn Manolova həlledici görüşə vəsiqə qazanıb. O, finalda ukraynalı Tatyana Rıjko ilə üz-üzə gələcək.
 
Bu gün, həmçinin digər qadın güləşçilərdən 50 kq-dakı Türkan Nəsirova və 59 kq-dakı Alyona Kolesnik bürünc medal uğrunda görüşə çıxıb. Onlar müvafiq olaraq Anna Lukasyak (Polşa) və Elene Hayke Brugger (Almaniya) ilə görüşüb. Hər iki güləşçimiz məğlub olaraq 5-ci yerlə kifayətlənib.
 
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub. Yarış aprelin 3-də başa çatacaq.






Offside