- Offside
- 22:48 26.11.2024
Fransanın "Bordo" klubunun futbolçularından biri komanda yoldaşlarının butslarını oğurlayıb.
Corner.az "RMC Sport"a istinadən xəbər verir ki, adı açıqlanmayan gənc oyunçu daha sonra həmin ayaqqabıları internet vasitəsilə satıb. Futbolçunun bu hərəkətlərini keçmiş sevgilisi ifşa edib.
Zərərçəkmiş oyunçular onunla eyni komandada çıxış etmək istəmədiklərini rəhbərliyə bildiriblər. Klub rəhbərliyi isə həmin futbolçunu 1 oyunluq diskvalifikasiya edib və cərimələyib. Komanda yoldaşları verilən bu qərardan narazı qalsalar da, daha sonra bu narazılıq ortadan qalxıb.
Qeyd edək ki, "Bordo" Liqa 1-də keçirdiyi 29 oyundan sonra 22 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.