27 noyabr 2024. Çərşənbə

FİDE qran-prisi: Şəhriyar mübarizəni dayandırdı


  • Offside
  • 19:13 01.04.2022
  • Oxunma sayı: 123
FİDE qran-prisi: Şəhriyar mübarizəni dayandırdı
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FİDE qran-prisinın 3-cü mərhələsində mübarizəni dayandırıb. Corner.az xəbər verir ki, 37 yaşlı qrossmeyster bu mərhələdə ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Şahmatçılar əvvəlki iki görüşdə heç-heçəyə razılaşdığı üçün, bu gün tay-brekdə qarşılaşıblar.
 
İlk tay-brek görüşündə qara fiqurlarla oynayan Məmmədyarov 41-ci gedişdə məğlub olub. Azərbaycan təmsilçisi ikinci qarşılaşmada qələbə qazana bilməsə, turnirdə mübarizəni dayandıracaqdı. Şəhriyar ikinci tay-brek görüşündə ağ fiqurlarla oynayıb. 34-cü gedişdə təslim olan Məmmədyarov turnirlə vidalaşıb.
 
Digər tay-breyk görüşündə isə Uesli So (ABŞ) Məhəmməd Amin Tabatabaiyə (İran) qalib gəlib.
 
Qran-prinin 3-cü mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.






Offside