27 noyabr 2024. Çərşənbə

Böyük Dəbilqə: Azərbaycanın daha 5 cüdoçusu medalsız qaldı


  • Offside
  • 14:53 02.04.2022
  • Oxunma sayı: 134
Böyük Dəbilqə: Azərbaycanın daha 5 cüdoçusu medalsız qaldı

Azərbaycanın daha 5 cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə mübarizəni dayandırıb.

Corner.az-ın məlumatına görə, kişilərin yarışında 73 kq-da çıxış edən Rüstəm Orucov 1/16 finalda Denislav İvanova (Bolqarıstan) qalib gəlsə də, növbəti görüşdə İdo Levinə (İsrail) uduzub.

Bu çəki dərəcəsindəki digər cüdoçu Telman Vəliyev təsnifatda Coşua Qrina (İrlandiya) qalib gəlsədə, 1/16 finalda Turpal Cukayevlə (Finlandiya) bacarmayıb.

81 kq-da yarışan Elcan Hacıyev startda Jim Heyjmanı (Hollandiya) yensə də, ardınca Nikolya Şilara (Fransa) məğlub olub.

Mübarizəyə təsnifatdan başlayan Murad Fətiyev də ilk görüşündə qalib gəlib. Kedrik Kalonqa (Konqo Demokratik Respublikası) ilə dueldən qalib ayrılan cüdoçu 1/16 finalda Giorgi Şerazadişviliyə (Gürcüstan) uduzub.

Qadınların mübarizəsində isə 70 kq-da yer alan Günel Həsənli 1/16 finala təsadüf edən ilk qarşılaşmada Lidya Brançevaya (Bolqarıstan) məğlub olub.

Qeyd edək ki, ilk yarış günündə tatamiyə çıxmış 7 cüdoçu da medal qazana bilməyib.







Offside