23 mart 2026. Bazar ertəsi

Azərbaycan güləşçisindən rekord göstərici


  • Offside
  • 22:02 03.04.2022
  • Oxunma sayı: 153
Azərbaycan güləşçisindən rekord göstərici

Eldəniz Əzizli Macarıstanda Avropa çempionu olmaqla Azərbaycan Yunan-Roma güləşi tarixində rekord müəyyənləşdirib. 

Corner.az xəbər verir ki,  55 kq-da çıxış edən pəhləvan güləşin klassik növündə böyüklər arasında ən çox AÇ medalı olan Azərbaycan idmançısı olub. 

Onun hesabında 6 AÇ medalı var. Əzizli 2011-ci ildə Dortmundda, 2018-ci ildə Kaspiyskdə, 2019-cu ildə Buxarestdə, 2020-ci ildə Romada, 2021-ci ildə Varşava-da və 2022-ci ildə Budapeştdə qitənin ən güclüsü adını qazanıb.







Offside