Azərbaycan millisi beynəlxalq turnirlərə hazırlıq məqsədi ilə aprelin 4-də Türkiyənin Antalya şəhərində start götürən cüdo üzrə təlim-məşq toplanışına qatılıb. Corner.az xəbər verir ki, Ayın 10-dək davam edəcək təlim-məşq toplanışında, “Böyük Dəbilqə” turnirinə qatılan heyət ilə bərabər Azərbaycan yığma komandasının digər üzvləri də iştirak edirlər.
Ümumilikdə, qadınlardan və gənc qızlardan ibarət milli yığmadan 34, kişilərdən və gənc oğlanlardan ibarət milli yığma komandadan isə 54 idmançı hazırlıqda iştirak edir.
Təlim-məşq toplanışına qatılmaqda əsas məqsəd idmançılarımızın fiziki və taktiki-texniki hazırlıq mərhələlərindən keçib bacarıqlarını təkmilləşdirərək, yaxın gələcəkdə beynəlxalq turnirlərdə yüksək nəticə əldə etməkdir.
Azərbaycanın milli komandası 29 aprel – 1 may tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına qatılacaq.