Azərbaycan triatlonçusu Rostislav Pevtsov İspaniyanın Melilla şəhərində keçirilən Avropa kubokunda 8-cı olub. Corner.az xəbər verir ki, azərbaycanlı idmançı 69 triatlonçunun mübarizə apardığı yarışı 48 dəqiqə 01 saniyəlik nəticə ilə başa vurub.
Pevtsov 750 metrlik su məsafəsini 6 dəqiqə 20 saniyəyə qət edib. Ardınca o, 20 kilometrlik velodistansiyanı 25 dəqiqə 55 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi – 5 kilometrlik qaçış zolağını Pevtsov 15 dəqiqə 7 saniyə nəticə ilə tamamlayıb.
Hazırda Pevtsov İspaniyada təlim-məşq toplanışını davam etdirir.