Rəbiyyə Orucova Azərbaycanda ilk “dəmir qadin” oldu. Corner.az xəbər verir ki, idmançımız Port Elizabetdə (Cənubi Afrika) keçirilən “Isuzu Ironman” turnirində uğurla çıxış edib.
O, 3.8 km üzgüçülük, 180 km velosiped, 42 km qaçış da daxil olmaqla tam “dəmir məsafəni” 12 saat 18 dəqiqə 21 saniyəyə qət edib. İdmançımız öz yaş kateqoriyasında (35-39 yaş arası idmançılar) 18-ci nəticə göstərərək, qadınların təsnifatında 91-ci, turnirdə 617 iştirakçı arasında 435-ci olub.
Orucova “Triterra Baku Triatlon” klubunun nümayəndəsidir. Onun məşqçisi Aleksandr Mordasovdur.
“Triterra Baku Triatlon” 2017-ci ildə Rüfət və Yusif Həsənov qardaşları tərəfindən yaradılıb. Klubun yaradılmasında məqsəd Azərbaycanda həvəskar idmanı inkişaf etdirmək və “dəmir adamlar” yetişdirməkdir