- Offside
- 22:48 26.11.2024
"Azərbaycanın güləş tarixində yeganə 3 qat dünya çempionu olmağım təsadüf deyil, bunun üçün illərimi, gəncliyimi, ömrümü vermişəm"
Corner.az-ın məlumatına görə, bunu Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev şəxsi "İnstaqram" hesabında yazıb.
65 kq çəki dərəcəsində çıxış edən 30 yaşlı idmançı bildirib ki, bu rekordu yeniləmək üçün uzun illərin lazımdır: "Paris-2024 Yay Olimpiya Oyunlarınadək bu rekordu özüm də dəyişə bilərəm".
Qeyd edək ki, 3 qat dünya çempionluğu ilə bərabər 3 qat Avropa çempionu tituluna malik Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında gümüş medal qazanıb.
Paris-2024 Yay Olimpiya Oyunlarınadək iki dünya çempionatı keçiriləcək. Builki mundial 10 - 18 sentyabrda Serbiyanın paytaxtı Belqradda, gələn il isə Rusiyanın Krasnoyarsk şəhərində təşkil olunmalıdır.