Azərbaycan Velosiped İdmanı Federasiyasının ilk regional nümayəndəliyi açılıb. Corner.az federasiyaya istinadən xəbər verir ki, bundan sonra İsmayıllı rayonunda velosiped idmanı üzrə bölmə fəaliyyət göstərəcək.
İsmayıllı Olimpiya İdman Kompleksində yerləşən filialda yeniyetmə və gənclər peşəkar şəkildə idmanın bu növü ilə məşğul ola biləcəklər.
Eyni zamanda, Şamaxı Olimpiya İdman Kompleksinə baxış keçirilib və yaxın günlərdə burada da federasiyanın filialının açılması planlaşdırılır.
Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev tərəfindən İsmayıllı filialına 6 velosiped və ehtiyat hissələri hədiyyə edilib.