- Offside
- 22:48 26.11.2024
"Hazırkı çempionatı bərpa etmək mümkünsüzdür".
Corner.az xəbər verir ki, bunu Ukraynanın "Dinamo" (Kiyev) kubunun baş məşqçisi Mirça Luçesku "Digisport"a müsahibəsində bildirib.
76 yaşlı mütəxəssis bildirib ki, komandasının Rumıniyada məşq etməsi müsbət haldır: "Bu, futbolçuların növbəti oyunlara hazırlaşmasına köməklik edəcək. Bizim yoxlama oyunlarımız humanitar səbəblərdən baş tutacaq. 4 milyondan çox ukraynalı ölkəni tərk edib. Biz onların çoxuna kömək edirik. Matçlarımız pul yığmağa kömək edəcək. Lakin bu, həm də prestij məsələsidir. Bu səbəbdən, oyunçular yaxşı hazırlaşmalıdırlar".
Qeyd edək ki, Ukrayna Premyer Liqası fevralın 24-də dayandırılıb. 18 turdan sonra "Şaxtyor" (Donetsk) 47 xalla birinci, Kiyev "Dinamo"su isə 45 xalla ikinci pillədə qərarlaşıb.