- Offside
- 22:48 26.11.2024
İsrailli bədii gimnast, Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi Linoy Aşram karyerasını başa vurub.
Corner.az-ın məlumatına görə, bu barədə 22 yaşlı idmançı "The Times of Israel"ə açıqlama verib.
"İdmançı nə vaxt təqaüdə çıxacağını bilməlidir. Mən arzumu reallaşdırdım. Tokioya səfər buna dəyərdi, çünki vizit kartımda "Olimpiya qalibi" yazılıb. Bədii gimnastikaya davam edəcəyəm, amma məşqçi kimi. Keçmiş məşqçim Ayelet Sussmanla bərabər çalışacağam".
Aşram 2017, 2018 və 2019-cu illərdə Dünya Çempionatlarında altı gümüş və beş bürünc, keçən ilki Dünya Kubokunda isə iki qızıl və bir bürünc medal qazanıb. O, həmçinin 2020-ci il Avropa Çempionatında çoxnövçülükdə "qızıl" əldə edib.