UEFA-nın sabiq prezidenti Mişel Platini FİFA-nın rəhbəri Canni İnfantinonu məhkəməyə verib. Corner.az “The New York Times” saytına istinadən xəbər verir ki, 66 yaşlı keçmiş funksioner, isveçrəli funksioneri səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırıb.
Fransalı veteran futbolçu İnfantino ilə yanaşı, ali futbol qurumunun hüquq departamentinin keçmiş direktoru Marko Villigeri də ittiham edib. Artıq məsələ ilə bağlı Paris prokurorluğunda cinayət işi qaldırılıb.
Xatırladaq ki, İnfantino 2016-cı ildən FİFA-ya rəhbərlik edir. Platini isə 2007-2016-cı illər aralığında UEFA prezidenti olub.