23 mart 2026. Bazar ertəsi

Azərbaycan şahmatçısı FIDE turnirlərində iştirak etməyəcək


  • Offside
  • 10:15 07.04.2022
  • Oxunma sayı: 152
Azərbaycan şahmatçısı FIDE turnirlərində iştirak etməyəcək

Azərbaycan şahmatçısı Rauf Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) turnirlərində oynamayacağını açıqlayıb.

Corner.az-ın məlumatına görə, 34 yaşlı qrossmeyster bu barədə şəxsi feysbuk hesabında yazıb.

"Nə qədər ki, FIDE prezidenti Rusiyapərəstdir, müharibə gedənədək bu qurumun turnirlərində oynamayacağıma söz verirəm. Yaşasın Ukrayna", - deyə Məmmədov yazıb.

Qeyd edək ki, Rauf Məmmədovun həyat yoldaşı Natalya Buksa ukraynalıdır. FIDE prezidenti isə rusiyalı Arkadi Dvorkoviçdir.







Offside