11 oktyabr 2026. Bazar günü

Rusiya ləğv edilən DÇ-na görə təzminat tələb edir


  • Offside
  • 14:02 07.04.2022
  • Oxunma sayı: 197
Rusiya ləğv edilən DÇ-na görə təzminat tələb edir
Ümumrusiya Voleybol Federasiyası (VFV) İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. Corner.az xəbər verir ki, ruslar ləğv edilmiş dünya çempionatına görə 80 milyon dollar məbləğində təzminat tələb edib.
 
Martın 1-də Beynəlxalq Voleybol Federasiyası Ukraynaya hərbi müdaxiləsinə görə 2022-ci il dünya çempionatını Rusiyada keçirməmək barədə qərar qəbul edib.
 
Dünya çempionatı 26 avqust-11 sentyabrda Rusiyanın10 şəhərində – Moskva, Sankt-Peterburq, Kalininqrad, Yaroslavl, Kazan, Yekaterinburq, Ufa, Novosibirsk, Kemerovo və Krasnoyarskda təşkil olummalı idi.






Offside