Məşhur ukraynalı veteran futbolçu İqor Belanov Rusiyanın hücumuna məruz qalan Ukrayna uğrunda döyüşlərə qatılıb. Corner.az xəbər verir ki, 1986-cı ildə Kiyev “Dinamo”sunun və SSRİ futbol yığmasının hücumçusu kimi Avropanın ən güclü futbolçusu seçilən Belanov əlinə silah alaraq, vətənin müdafiəsinə qoşulub.