- Offside
- 18:15 02.02.2026
UEFA Rusiya yığmalarına və klublarına qarşı tətbiq olunan sanksiyalarla bağlı yeni qərar qəbul etməyib.
Corner.az-ın məlumatına görə, bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin İcraiyyə Komitəsinin iclasında açıqlama verib.
Sloveniyalı funksioner bildirib ki, bu məsələni müzakirə edəcək: "Yaxın vaxtlarda qərar verməliyik. Amma bizə daha çox informasiya lazımdır".
Qeyd edək ki, FIFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya komandalarının beynəlxalq turnirlərdə iştirakına qadağa qoyub.