27 noyabr 2024. Çərşənbə

Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinin iclasında çıxış edib


  • Offside
  • 10:26 08.04.2022
  • Oxunma sayı: 105
Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinin iclasında çıxış edib
AFFA-nın icraçı vitse-prezidenti, UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) sədri Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinin iclasına videokonfrans formatında qoşularaq rəhbərlik etdiyi komitənin illik fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib. Corner.az xəbər verir ki, məruzədə digər məsələlərlə yanaşı UEFA Avropa Konfrans Liqası çərçivəsində bu il fevralın 24-də keçirilmiş “Qarabağ” – “Marsel” oyununda qeydə alınmış fair play hadisəsi xüsusi olaraq UEFA İcraiyyə Komitəsinin üzvlərinin diqqətinə çatıdırılıb.
 
Xatırladaq ki, “Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol hakim tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və qol qərarı ləğv edilmişdi. Bu məsələ UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) martın 14-də keçirilən iclasında da müzakirə olunmuşdu.






Offside