27 noyabr 2024. Çərşənbə

Azərbaycanı Avropa birinciliyində təmsil edəcək boksçular bəlli oldu


  • Offside
  • 18:46 08.04.2022
  • Oxunma sayı: 108
Azərbaycanı Avropa birinciliyində təmsil edəcək boksçular bəlli oldu
Aprelin 13-də Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi start götürəcək. Corner.az xəbər verir ki, 10 gün davam edəcək yarışda Azərbaycan millisi oğlanların mübarizəsində tam heyətlə qüvvəsini sınayacaq.
 
Bakıda və Ərzurumda keçirilən təlim-məşq toplanışlarına əsasən baş məşqçi Elbrus Rzayev qitə birinciliyində Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq), Arif Bayramov (57 kq), Aslan Quliyev (60 kq), Zaur Qəhrəmanov (63,5 kq), Səid Abdullayev (67 kq), Daniel Xolostenko (71 kq), Ənvər Babayev (75 kq), Sərxan Budaqov (80 kq), Fətəli İsmayılov (86 kq), Məmməd Quliyev (92 kq) və Səbuhi Əlizadəyə (+92 kq) şans verəcək. Yığma Sofiyaya aprelin 11-də Türkiyədən yola düşəcək. Komandaya rəhbərliyi İdarə Heyətinin üzvü Rövşən Hüseynov edəcək.
 
Qeyd edək ki, Bakıdakı hazırlığın ardınca Ərzuruma yollanan milli buradakı məşqləri aprelin 10-da bitirəcək. Türkiyə və Əlcəzair yığmaları ilə birgə toplanışda olan komanda bu gündən bərpaedici məşqlərə start verib.






Offside