- Offside
- 22:48 26.11.2024
Bakının Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının zalında kişi və qadın ağırlıqqaldıranlar arasında Azərbaycan çempionatı start götürüb.
Corner.az-ın məlumatına görə, yarışda ölkənin bütün bölgələrinin 100-dən çox idmançısı qüvvəsini sınayacaq.
İlk gündə qadınlarda sinkler cədvəli ilə mütləq qaliblər müəyyənləşdiriləcək. Kişilərdə isə 55 kq, 61 kq və 67 kq çəki dərəcələrində ölkə çempionunun adına aydınlıq gələcək.
Çempionat Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşir.
Yarışın təşkilində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Qeyd edək ki, Azərbaycan çempionatı aprelin 10-da başa çatacaq.