23 mart 2026. Bazar ertəsi

Murov liderliyini möhkəmləndirdi, Neftçi'dən qələbə


  • Offside
  • 18:55 09.04.2022
  • Oxunma sayı: 127
Murov liderliyini möhkəmləndirdi, Neftçi'dən qələbə

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV dövrəyə start verilib.

Corner.az-ın məlumatına görə, XVI turun ilk matçında "Neftçi" MOİK-lə qarşılaşıb və 3:2 (23:25, 25:21, 25:22, 22:25, 15:9) hesabı ilə qalib gəlib.

Günün ikinci görüşündə isə "Murov" "Ekspress"lə üz-üzə gəlib və rəqibinə şans verməyib - 3:0 (25:12, 25:22, 25:14).

Xallarının sayını 35-ə çatdıran "Murov" liderliyini daha da möhkəmləndirib. "Neftçi" 30 xalla 2-ci, MOİK 22 xalla 3-cü yerdədir. "Ekspress" 6 xalla 4-cü, "Sərhədçi" isə 3 xalla sonuncu - 5-cidir.







Offside