Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri üçün AFFA-nın Futbol Akademiyasının meydançasında təlim keçirilib. Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın baş fizioterapevti Roman Jahodanın təşkil etdiyi təlimin mövzusu “Zədələrin qarşısının alınması” olub.
Təlimə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik rəhbərlik edib.