Qadın şahmatçılar arasında Azərbaycan Çempionatının seçmə turniri başa çatıb. Corner.az xəbər verir ki, Xatun Bağırova 5,5 xalla 2-ci, Lalə Hüseynova isə 5 xalla 3-cü yerin sahibi olub.
7 turdan 6 xal toplayan Ləman Hacıyeva seçmə turnirin qalibi olub və böyüklərin Azərbaycan çempionatında iştirak hüququ qazanıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 7 turdan ibarət keçirilən yarışda birincilik uğurunda 20 şahmatçı mübarizə aparırdı.