27 noyabr 2024. Çərşənbə

Dünya Kubokunda Azərbaycanı 8 gimnast təmsil edəcək


  • Offside
  • 14:28 12.04.2022
  • Oxunma sayı: 108
Dünya Kubokunda Azərbaycanı 8 gimnast təmsil edəcək

Aprelin 15-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək bədii gimnastika üzrə Dünya Kuboku üçün Azərbaycan yığmasının heyəti açıqlanıb.

Federasiyanın Mətbuat Xidmətindən Corner.az-a verilən məlumatına görə, 3 gün davam edəcək yarışa Azərbaycan millisinin ikinci heyəti yollanıb.

Dünya Kubokunda ölkəni fərdi proqramda Alina Gözəlova ilə İlona Zeynalova, qrup hərəkətləri proqramında isə Səkinə İbrahimbəyli, Fidan Yusifzadə, Leyla Əliyeva, Zəhra Paşazadə, Nigar Xankişiyeva və Nərgiz Ramazanova təmsil edəcək.







Offside