Futbol üzrə Niderland yığmasının baş məşqçisi Lui van Qal xərçəngin müalicəsini uğurla başa vurub. Corner.az xəbər verir ki, 70 yaşlı niderlandlı mütəxəssis bu yaxınlarda prostat xərçənginin aqressiv formasına sahib olduğunu açıqlamışdı.
Qeyd edək ki, Niderland millisini Qətərdə keçiriləcək dünya çempionatına Lui van Qal aparacaq. Lakin gələn ildən bu komandanı xərçəng xəstələyinə tutulduğu üçün van Qalın yerinə Ronald Kuman çalışdıracaq.