27 noyabr 2024. Çərşənbə

Qadın hakim baş məşqçi tərəfindən döyüldü


  • Offside
  • 14:51 12.04.2022
  • Oxunma sayı: 122
Qadın hakim baş məşqçi tərəfindən döyüldü

Braziliyanın  Espirito-Santo ştatında keçirilən “Nova Venetsiya” – “Desportiva Ferroviariya” oyununda xoşagəlməz hadisə yaşanıb. Corner.az xəbər verir ki, həmin matçda qadın hakim məşqçi tərəfindən döyülüb.

Belə ki, “Desportiva Ferroviariya” komandasının baş məşqçisi Rafael Soriano görüşün fasiləsində meydana çıxaraq, hakimlər briqadasına etiraz edib. O, həmin anda emosiyalarını saxlaya bilməyib və yan xətt hakimi Marsielli Nettonun sifətinə başla zərbə endirib. Baş hakim Sorianonu birbaşa qırmızı vərəqə ilə cəzalandırıb və o, polislərin müşayiəti ilə meydanı tərk edib.

Qarşılaşmadan sonra isə klub rəhbərliyi Sorianonun baş məşqçi postundan qovulduğunu açıqlayıb.  







Offside