2 fevral 2026. Bazar ertəsi

Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək


  • Offside
  • 16:20 12.04.2022
  • Oxunma sayı: 123
Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək
Aprelin 13-də yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start veriləcək. Corner.az xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində təşkil olunacaq ölkə birinciliyi şəxsi, komanda, qoşa və qarışıq-qoşa proqramında keçiriləcək.
 
4 gün davam edəcək yarışın keçirilməsində əsas məqsəd stolüstü tennisin təbliği, perspektivli idmançıların üzə çıxarılması, bu idman növünün inkişafına töhfə verməkdir.
 
Fərqlənən idmançılara federasiyanın mükafatları təqdim olunacaq. Fəxri kürsüyə yüksələn tennisçilər həmçinin, milli komandaların heyətinə cəlb olunaraq, beynəlxalq yarışlarda ölkəni təmsil etmək imkanı qazanacaqlar.






Offside