2 fevral 2026. Bazar ertəsi

Blatter və Platininin məhkəməsinin vaxtı bilindi


  • Offside
  • 21:15 12.04.2022
  • Oxunma sayı: 126
Blatter və Platininin məhkəməsinin vaxtı bilindi

FIFA və UEFA-nın sabiq prezidentləri Yozef Blatterlə Mişel Platininin məhkəməsinin vaxtı bəlli olub.

Corner.az İsveçrə Federal Cinayət Məhkəməsinin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 8-də Lozannada başlayacaq proses 12 gün davam edəcək.

Hər iki funksioner maliyyə fırıldaqçılığı, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Qeyd edək ki, 2021-ci il noyabrın 2-də İsveçrə federal prokurorluğu Blatterin Platininin hesabına qanunsuz olaraq 2 milyon İsveçrə frankı köçürməsi ilə bağlı ittiham irəli sürüb və onlara cinayat işi açıb. Hər iki şəxs ittihamı rədd edib.







Offside