- Offside
- 20:00 23.03.2026
İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Futbol İttifaqının (RFS) şikayətini təmin etməyib.
Corner.az CAS-ın rəsmi saytına istinadən xəbər verir ki, RFS-in 2022-ci il dünya çempionatının pley-off mərhələsinin oyunlarının təxriə salınması ilə bağlı müraciəti rədd edilib.
Məlumatda, Polşa, İsveç və Çexiya Futbol Assosiasiyaları pley-offda Rusiyaya qarşı oynamamaq qərarlarını açıq şəkildə elan etdijklərini bildirib: "Bu matçların keçirilməsinə icazə verilsə, rəqiblər meydana çıxmayacaq və texniki məğlubiyyət alacaqlar. Belədə isə FİFA yarışlarının bütövlüyü ciddi şəkildə pozulacaq".
Qeyd edək ki, FİFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmalarının və klublarının beynəlxalq turnirlərdə iştirakına qadağa qoyub.