23 mart 2026. Bazar ertəsi

Tanınmış məşqçi də müharibənin qurbanı oldu


  • Offside
  • 10:35 13.04.2022
  • Oxunma sayı: 122
Tanınmış məşqçi də müharibənin qurbanı oldu

Ukraynalı futbol məşqçisi Viktor Tkaçuk Rusiya ilə müharibədə dünyasını dəyişib.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, mütəxəssis Mariupolda vəfat edib.

Ailəsini təhlükəsiz yerə aparan Tkaçuk insanlara kömək etmək üçün şəhərdə qalıb. O, hündürmərtəbəli binanın yanğının söndürüldüyü vaxt snayper gülləsinə tuş gəlib. Qonşular onu evinin həyətində dəfn ediblər.

Qeyd edək ki, əslən Volın vilayətindən olan Viktor Tkaçuk Donetsk "Şaxtyor"unun akademiyasında işləyib.







Offside