23 mart 2026. Bazar ertəsi

Azərbaycanın həndbol millisi iranlı baş məşqçiyə tapşırılır


  • Offside
  • 11:24 13.04.2022
  • Oxunma sayı: 121
Azərbaycanın həndbol millisi iranlı baş məşqçiyə tapşırılır

Kişi həndbolçulardan ibarət Azərbaycan millisinə iranlı baş məşqçi təyin olunacaq.

Corner.az-ın əldə etdiyi məlumata görə, yığma Nasser Salimiyə tapşırılacaq.

Mütəxəssis komandanı Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına hazırlaşdıracaq. Bir müddət əvvəl Bakıda olan baş məşqçi idmançılarla və şəraitlə tanış olub. Mayın 1-də onunla müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi Hikmət Abdullayev 2019-cu ildə ürək tutmasından vəfat etmişdi. V İslam Həmrəyliyi Oyunları 9 - 18 avqustda olacaq.(report)







Offside