2 fevral 2026. Bazar ertəsi

Dinamo bu klubla xeyriyyə matçından imtina etdi


  • Offside
  • 14:50 15.04.2022
  • Oxunma sayı: 154
Dinamo bu klubla xeyriyyə matçından imtina etdi

Ukraynanın "Dinamo" (Kiyev) klubu Rumıniyanın "Styaua Buxarest" klubu ilə xeyriyyə matçından imtina edib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Buxarest klubunun prezidenti Cici Bekalinin "Azov" alayını nasist adlandırması olub.

63 yaşlı funksionerin fikirlərinin qəbuledilməz olduğunu açıqlayan "Dinamo" oyunun keçirilməsini məqsədəuyğun görməyib.

Qeyd edək ki, oyuna bilet satışından əldə olunacaq gəlir Ukraynada müharibədən əziyyət çəkən insanlara sərf olunacaq idi.







Offside