2 fevral 2026. Bazar ertəsi

Cüdo üzrə Sumqayıt şəhər birinciliyi keçiriləcək


  • Offside
  • 15:57 15.04.2022
  • Oxunma sayı: 145
Cüdo üzrə Sumqayıt şəhər birinciliyi keçiriləcək
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cari ilin 16-17 aprel tarixlərində 15 yaşa qədər yeniyetmə cüdoçuların Sumqayıt şəhər birinciliyi keçiriləcək. Corner.az xəbər verir ki, “Şuşa İli”nə həsr olunmuş turnirə 300-dən çox idmançı qatılacaq və medallar uğrunda mübarizə aparacaq. 
 
Qeyd edək, yarışlarda 2008-2010-cu il təvəllüdlü idmançılar iştirak edəcəklər.
 
Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək yarışda ümumilikdə 20 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.






Offside