- Offside
- 20:38 02.02.2026
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII turun oyunları keçirilib.
Corner.az-ın məlumatına görə, turun hər iki görüşü “Murov” voleybol klubunun idman zalında təşkil olunub.
Açılış matçında "Murov" MOİK-lə qarşılaşıb və 3:0 (25:21, 26:24, 25:20) hesabı ilə qalib gəlib. Digər oyunda isə "Sərhədçi" "Ekspress"ə eyni hesabla məğlub edib - 0:3 (22:25, 23:25, 15:25).
Qeyd edək ki, turnir cədvəlinə 38 xalla "Murov" başçılıq edir. Liderin ən yaxın izləyicisi "Neftçi" ondan 5 xal geri qalır. MOİK 25 xalla üçüncüdür. 6 xalı olan "Ekspress" və "Sərhədçi" isə 4-5-ci yerləri bölüşdürür.