23 mart 2026. Bazar ertəsi

Liderə ilk məğlubiyyətini EKOL yaşatdı


  • Offside
  • 21:41 15.04.2022
  • Oxunma sayı: 159
Liderə ilk məğlubiyyətini EKOL yaşatdı
Bu gün futzal üzrə Yüksək Liqada XIX turun oyunları keçirilib. Corner.az xəbər verir ki, turun qarşılaşmaları Bakı İdman Sarayında təşkil olunub.
 
Turun ilk oyununda U-19 yığmamızla “Record” qarşılaşıb. Milli komanda bu görüşdə böyük hesabla qələbə qazanıb
 
“Neftçi” İK bu turda “Baku Fire” ilə üz-üzə gəlib və 2 cavabsız qolla qalib gəlib.
 
Turun mərkəzi oyununda isə lider “Araz"la əsas izləyicisi EKOL münasibətilərinə aydınlıq gəlib. EKOL-da bir tur əvvəl qırmızı vərəqə alan Tofiq Mikayılov komandasına kömək edə bilmirdi. Rövşən Hüseynlinin “Torpedo”ya transferindən sonra isə “Araz”ın qapısını komandanın ikinci, U-19 millisinin isə əsas qolkiperi Azər Fərmanov qoruyurdu. İlk yarı bərabər səviyyədə keçib. 33-cü dəqiqədə “Araz”ın oyunçusu Murilonın qırmızı vərəqə alaraq komandasını azlıqda qoymasından EKOL istifadə edib. Samir Həmzəyev baxımlı qol vurmaqla hesabı açıb. Bundan sonra lider qapıçını meydan oyunçusu ilə əvəzləsə də yenə qol vuran tərəf EKOL olub. Bu dəfə qapıçı Emin Kürdov topu tutduqdan sonra boş qapını dəqiq nişan alıb. Beş oyunçu ilə mübarizəni davam etdirən “Araz” kapitanla fərqi minimuma endirsə də, yekunda EKOL liderə mövsümdə ilk məğlubiyyəti yaşatmağı bacarıb
 
Bu tur meydana çıxmadan 3 xalı “Alyans” qazanıb.
 
Yüksək Liqa
XIX tur
15 aprel
 
U-19 – Record 7:1
Qollar: Məhəmməd Abbasov, 6:19; 8:43; 24:27. Mikayıl Qiyasov, 7:52. Fariz Mehrəliyev, 16:05; 26:52; 31:10 - Hossein Hotkani Seyedreza, 13:46.
Hakimlər: Elgün Hüseynov, Kənan Məlikov, Nahid Xasıyev
Hakim-inspektor: Azad Hüseynov
Bakı İdman Sarayı. Saat 14:00
 
Neftçi İK – Baku Fire 2:0
Qollar: Oqtay Rüstəmli, 31:07. Omid Talebi, 39:58.
Hakimlər: Əli Cəbrayılov, Etibar Həsənov, Anar Fərəcov
Hakim-inspektor: Azər Əsgərov
Bakı İdman Sarayı. Saat 16:00
 
EKOL – Araz (Naxçıvan) 2:1
Qollar: Samir Həmzəyev, 32:42. Emin Kürdov, 35:43 - Rizvan Fərzəliyev, 37:45.
Hakimlər: Knyaz Əmiraslanov, Hacıəli Ağayev, Vüsal Balaşov
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı İdman Sarayı. Saat 18:00
 
Xal durumu: Araz – 55, EKOL – 43, Neftçi – 40, Baku Fire – 35, U-19 – 19, Record – 15, Alyans – 15, Xilə – 6.






Offside