Qazaxıstanın cüdo üzrə milli komandası Bakıda Azərbaycan yığması ilə təlim-məşq toplanışına başlayıb. Corner.az xəbər verir ki, Qazaxıstan yığmasının ümumilikdə 29 cüdoçusunun (23 gənc, 6 böyük) iştirak etdiyi təlimdə əsas məqsəd idmançıların beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və yarış təcrübələrinin daha da gücləndirilməsidir.
Qeyd edək ki, təlim-məşq toplanışı aprel ayının 22-nə kimi davam edəcək.